Braziliyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 105 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Braziliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün ərzində ölkədə COVID-19-a 1261 yeni yoluxma qeydə alınıb, 105 isə nəfər vəfat edib
Qeyd edək ki, indiyə qədər Braziliyada 23 430 nəfər koronavirusa yoluxub, 1328 nəfər isə xəstəlikdən ölüb.