Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb

Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb
# 19 may 2019 00:39 (UTC +04:00)

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın xəbərinə görə, Mehdiabad yolunda qeydə alınmış avtoqəza zamanı Əliyev Məqsəd Qiyas oğlunu minik maşını vurub.

Ağır xəsarətlər alan piyada 1 saylı Xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Fakt Abşeron polisi tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR