BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin proqnozuna görə, bu il MDB ölkələri və Gürcüstanın iqtisadiyyatı ortalama 3,5% azalacaq.
"APA-Economics"in BMT-nin yenilənmiş “World Economic Situation and Prospects 2020” adlı hesabatına istinadən verdiyi məlumata görə, sözügedən ölkələrin 2021-ci ildə iqtisadiyyatları qismən bərpa olaraq 3% artacaq.
Rusiya haqqında ayrı proqnoz verən təşkilat, bu il qonşu ölkədə ÜDM istehsalı 4,3% azalacağını, 2021-ci ildə isə 2,9% artacağını gözləyir.
Hesabata görə, bu il təkcə Şərqi və Cənubi Asiya və Şərqi Afrika regionlarının iqtisadiyyatlarında istehsal artımının baş verəcəyi gözlənilir. Artım göstəricilər müvafiq olaraq 0,8% və 1,5%-ə bərabərdir.