İtaliya A seriyası klubları məşqləri bərpa etməyə hazırlaşırlar.
Apasport.az saytının məlumatına görə, bir komanda bundan imtina edib.
Söhbət "Udineze"dən gedir. Udine təmsilçisi koronavirus pandemiyası ilə əlaqədar dayandırılan məşqləri mayın 4-də bərpa etmək təklifini qəbul etməyib. Klub rəhbərliyi bəyanatda bildirib ki, bazadakı bütün fəaliyyətlər müvafiq orqanlar tərəfindən tibbi protokolların müəyyənləşdirilməsinə və bu yöndə bildiriş alınana qədər dayandırılacaq.
Qeyd edək ki, İtaliya A seriyası XXVI turdan sonra dayandırılıb.