Bu ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin (TRACECA) Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 27 170,5 min ton, yük dövriyyәsi isә 6 269,1 mln. ton-km olub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 22,1% və 14,6% azalma qeydə alınıb.
Yüklәrin 15 287,4 min tonu vә ya 56,3%-i avtomobil nәqliyyatı, 8 554,7 min tonu vә ya 31,5%-i dәmir yolu nәqliyyatı, 3 328,4 min tonu vә ya 12,2%-i dәniz nәqliyyatı ilә daşınıb. Dәhliz vasitәsilә daşınan yüklәrin 20,2%-i vә ya 5 500 min tonunu tranzit yüklәr tәşkil edib.