Argentinada tibbi təyyarə qəzaya uğrayıb.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, “Learjet 35” tibbi təyyarəsi And dağlarında aeroporta enərkən qəzaya uğrayıb. Ürək xəstəliyindən əziyyət çəkən üç yaşlı uşağı götürmək üçün gedən təyyarənin göyərtəsində iki pilot, bir həkim və bir tibb bacısı olub. Hadisənin duman səbəbindən baş verdiyi ehtimal edilir. Hələlik ölənlər barədə məlumat verilmir.