"Fitch" “Toyota”nın reytinq üzrə proqnozunu endirib

"Fitch" “Toyota”nın reytinq üzrə proqnozunu endirib
# 16 aprel 2020 17:00 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi “Toyota Motor Corporation” şirkətinin uzunmüddətli defolt reytinqini (IDR) “A+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə dəyişib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, proqnozun “mənfi”yə dəyişməsi avtomobil istehsalçısının COVID-19 virusunun pandemiyasının səbəbi ilə gəlirlərinin azalması riskinin artmasını əks etdirir.

Bundan əlavə, proqnoz həm də istehsalın dayanması, tədarük zəncirlərinin və şəbəkələrinin kəsilməsi və əsas bazarlarda tələbin azalması fonunda qlobal avtomobil sektorundakı böhranın müddəti və miqyası ilə bağlı qeyri-müəyyənliyi əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR