94 saylı Bərdə Kənd Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib

94 saylı Bərdə Kənd Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələri ləğv edilib
# 24 fevral 2020 17:42 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 94 saylı Bərdə Kənd Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Dadaş Əhmədin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb.

MSK 94 saylı Bərdə Kənd Seçki Dairəsi üzrə 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR