İspaniyanın Ərazi siyasəti naziri Karoluina Dias koronavirusdan sağalıb.
APA-nın məlumatına görə, o, 30 günlük müalicədən sonra koronavirusa qalib gəldiyini bildirib.
“30 gündən sonra COVID-19-a qalib gəldim. Bu müddətdə izolyasiyada olsam da, özümü heç vaxt tənha hiss etmədim. Mənimlə bu yolda olan hər kəsə təşəkkür edir, virusla mübarizəni davam etdirənlərə güc arzulayıram”, - deyə xanım nazir “Twitter” hesabında yazıb.