Bakı şəhər sakini tapançasını polisə təhvil verib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini V.Hüseynov “Mauser” markalı tapançanı və 25 ədəd patronu könüllü olaraq Səbail RPİ 8-ci PB-yə təhvil verib.