“Ən böyük təhlükəni biznes mərkəzlərində görürük”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, belə yerlərdə liftlərin sayı minimuma endirilməli, insanlar pilləkəndən istifadə etməlidirlər: “İnsanların maskalardan istifadə etməsi və sosial məsafə mühüm əhəmiyyət kəsb edir”.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, yoluxmalar daha çox lokal müəssisələrdə aşkar edilir: “Bu göstərir ki, həmin müəssisələrin rəhbərləri, əməkdaşları məsələyə məsuliyyətsiz yanaşıb. Bakı Tikiş Evində 64 nəfər yoluxub. “Baku Styl Company”də 48 yoluxma faktı aşkar edilib. Həbsxanalarda da yoluxma halı müşahidə olunub”.