Moskvada özünütəcrid rejimi mayın 31-dək uzadılıb

Moskvada özünütəcrid rejimi mayın 31-dək uzadılıb
# 07 may 2020 17:23 (UTC +04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirusla (COVID-19) bağlı tətbiq olunan özünütəcrid rejimi mayın 31-dək uzadılıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə paytaxt meri Sergey Sobyanin sərəncam imzalayıb.

Sərəncama əsasən, vətəndaşların izolyasiya rejimi uzadılıb, ticarət, xidmət sahələri, mədəniyyət, təhsil, idman və digər qeyri-istehsal sahələrində məhdudlaşmaların vaxtı uzadılıb.

Qeyd edək ki, mayın 12-dən etibarən Moskvada ictimai nəqliyyatda tibbi maska və əlcəkdən istifadə məcburi elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR