Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub.
Apasport.az xəbər verir ki, bunlar Bəbir və Leyladır.
III MDB Oyunlarının rəsmi şüarı da açıqlanıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova oyunlara həsr olunmuş ilk mətbuat konfransında bildirib ki, yarış “Hər qəlbdə bir qələbə” devizi altında təşkil olunacaq.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır.
Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.