Bakıda tanışını öldürərək meyitini doğrayan şəxsin məhkəməsi başlayır

Bakıda tanışını öldürərək meyitini doğrayan şəxsin məhkəməsi başlayır
# 23 aprel 2020 10:37 (UTC +04:00)

Bakıda qəsdən adam öldürmə və digər cinayətlərdə təqsirləndirilən Fuad Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında paytaxtın Pirşağı qəsəbəsində icarəyə götürdüyü bağ evində, tanışı, Bakı sakini Əli Rəsulovu tamah niyyəti ilə öldürdüyü, cinayəti gizlətmək üçün meyiti hissələrə bölərək basdırdığı, daha sonra Ə.Rəsulovun tək yaşadığı evindəki məişət əşyalarını satdığı, eləcə də evi rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirdiyi müəyyənləşib.

Fuad Mustafayev ötən ilin aprelində saxlanılıb, ona Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR