Ermənistan Bakının III MDB Oyunlarında iştirak etməklə bağlı dəvətini müzakirə edəcək

Ermənistan Bakının III MDB Oyunlarında iştirak etməklə bağlı dəvətini müzakirə edəcək
# 23 aprel 2025 13:29 (UTC +04:00)

Ermənistan Bakının III MDB Oyunlarında iştirak etməklə bağlı dəvətini müzakirə edəcək.

APA-nın xəbərinə görə, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.

“Bu məsələ ilə əlaqədar qərarın verilməsi təhlükəsizlik də daxil olmaqla, bir sıra faktorlardan asılıdır. Müvafiq qərar verilən kimi biz onu ictimailəşdirəcəyik”, - nazir qeyd edib.

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva Ermənistanın Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakının qeyri-müəyyən olaraq qaldığını açıqlayıb: “Biz ölkələrə dəvətnamə göndəririk. Ancaq Ermənistanın iştirakı hələ ki, təsdiqlənməyib. Növbəti mərhələlərdə yenilik olarsa, bu barədə məlumat veriləcək”.

Xatırladaq ki, Oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR