Fransa 2024 Yay Olimpiya Oyunlarına ev sahibliyindən məhrum edilə bilər

Fransa 2024 Yay Olimpiya Oyunlarına ev sahibliyindən məhrum edilə bilər
# 06 sentyabr 2023 10:14 (UTC +04:00)

Ümumdünya Antidopinq Agentliyi (WADA) Fransa Antidopinq Agentliyini (AFLD) "kifayət qədər sərt tədbirlər görmədiyi" üçün tənqid edib və sanksiyalarla hədələyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, WADA AFLD-a məktub göndərərək, son üç dopinq hadisəsindən bəhs edib.

Agentlik Fransa tərəfini Dünya Antidopinq Məcəlləsinə və İdman Arbitraj Məhkəməsinin presedent hüququna açıq şəkildə uyğun gəlməyən qərarlar qəbul etməkdə ittiham edib.

Qeyd edək ki, AFLD bəyanat yayaraq, WADA-nın fransız idmançıların müəyyən beynəlxalq yarışlardan və Olimpiya Oyunları kimi oxşar tədbirlərə ev sahibliyi etməkdən məhrum edilməsi ilə nəticələnə biləcək prosedurlara başlamaqla hədələdiyini bildirib. Fransa departamenti WADA-nı "əsl şantajda" mühakimə edib.

Xatırladaq ki, Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR