Azərbaycanda indiyədək aparılmış koronavirus testinin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202.282 test aparılıb.
Ölkədə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib.