“Xarici ölkədə Azərbaycanın üçrəngli bayrağını dalğalandırmaq mənim üçün qürurverici idi”.
Bunu apasport.az-a açıqlamasında Paris-2024 Yay Paralimpiya Oyunlarının paratletika üzrə qızıl medalçısı Lamiyə Vəliyeva deyib.
“Tokioda qızıl medal qazananda əmin idim ki, növbəti Paralimpiya Oyunlarında da uğur qazanacam. Qarşıma bu məqsədi qoymuşdum. Mənim üçün ən şərəfli, ən unudulmaz, yadımdan çıxara bilməyəcəyim bir hadisə cənab Prezident tərəfindən “Şöhrət” ordeninə layiq görülməyim oldu. Bunu sözlərlə ifadə etmək mümkün deyil. Özümü çox xoşbəxt hiss edirəm. Mənə göstərilən etimada, inama, diqqət və qayğıya görə ilk növbədə ölkə başçımız cənab İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. İdmançılar üçün bu gün yaradılan şərait, göstərilən qayğı və diqqət sözün əsl mənasında əvəzolunmazdır. Mənə dəstək olan Azərbaycan xalqına, sosial şəbəkələrdən, yolda görüb təbrik edən bütün insanlara, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm”.
Lamiyə Vəliyeva: Azərbaycan bayrağını dalğalandırmaq mənim üçün qürurverici idi
© APA | Lamiyə Vəliyeva
11 sentyabr 2024 12:05 (UTC +04:00)
Olimpiada
İkiqat Paralimpiya çempionu: Parisdə 80 000 azarkeş Azərbaycan himnini dinlədi, həmin an hər şeyə dəyərdi
13:44
11 sentyabr 2024
İmaməddin Xəlilov: Parataekvando üzrə ilk dəfə qızıl medal qazanaraq tarixə düşdüm
12:07
11 sentyabr 2024
Azərbaycan paralimpiyaçıları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
11:03
11 sentyabr 2024
Paris-2024: Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
23:32
8 sentyabr 2024