“Türkiyə ordusunun hərbi əməliyyatlar apardığı bölgələrdə yeni növ koronavirusa (COVID-19) yoluxma halı qeydə alınmayıb”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.
O bildirib ki, yanvarın 1-dən etibarən indiyə kimi 1393 terrorçu zərərsizləşdirilib.
Nazir qeyd edib ki, xırda pozuntulara baxmayaraq, İdlibdə atəşkəs davam edir.