MOK: Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq

MOK: Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
# 09 may 2025 04:41 (UTC +04:00)

2026-cı il Qış Olimpiya Oyunları üçün Olimpiya məşəli noyabrın 26-da Qədim Olimpiyada keçiriləcək mərasimdə alovlandırılacaq.

APA xəbər verir ki, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.

Təxminən 450 məşəlçinin iştirak edəcəyi estafet noyabrın 26-da Qədim Olimpiyada başlayacaq, bir sıra şəhərlərdə davam edərək dekabrın 4-də Panathenaik Stadionunda başa çatacaq.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək Milanda və Kortina d'Ampezzoda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR