Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin mayın 22-dək uzadılması ilə bağlı Prezident Salome Zurabişvilinin sərəncamını dəstəkləyib.
APA-nın yerli bürosu xəbər verir ki, parlamentin bugünkü xüsusi iclasında keçirilmiş səsvermə zamanı 97 deputat qərarın lehinə, 10 deputat isə əleyhinə səs verib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə martın 21-də Gürcüstanda fövqəladə vəziyyət elan edilib.