Bu ilin yanvar-aprel ayları üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrünün göstəricisini 4,3% üstələyərək 122 804,1 min ABŞ dolları təşkil edib.
"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin ilk dörd ayında ixracın həcmi 0,5% artaraq 98 810,0 min dollar olub. Hesabat dövründə idxalın həcmi 23 994,1 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 23,8% üstələyir.