"Koronavirusa yoluxma halı ən çox II qan qrupuna sahib insanlar arasında müşahidə olunur".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın keçmiş Səhiyyə naziri, hazırda Federal Tibbi-Bioloji Agentliyə rəhbərlik edən Veronika Skvortsova bu gün keçirdyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yeni növ koronavirusa (COVİD-19) yoluxma halı ən çox II qan qrupuna, ən az isə IV qan qrupuna sahib insanlar arasında müşahidə olunur: "Çox maraqlı məqamdır. Bu barədə xarici ədəbiyyatda və Tibbi-Bioloji Agentliyin mərkəzlərində təsdiq olunub. Koronavirusa yoluxanlar arasında II qan qrupu digər qruplarla müqayisədə daha böyük üstünlüyə malikdir. İkinci yerdə I və III qan qrupları gəlir. IV qan qrupu isə ən az yoluxan qrupdur. Bu ola bilsin ki, II qan qrupu insanların sayının daha çox olması ilə bağlıdır".