ABŞ-ın neft ehtiyatları 15 mln. bareldən çox artıb - RƏSMİ

ABŞ-ın neft ehtiyatları 15 mln. bareldən çox artıb - RƏSMİ
# 23 aprel 2020 09:30 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 15,02 mln. barel artaraq 518,64 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 15,15 mln. barelə yaxın artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR