Milli Məclisin plenar iclasları 2 saat çəkəcək, çıxışlar 5 dəqiqə ilə məhdudlaşacaq

Milli Məclisin plenar iclasları 2 saat çəkəcək, çıxışlar 5 dəqiqə ilə məhdudlaşacaq
# 17 aprel 2020 11:48 (UTC +04:00)

“Plenar iclasları karantin dövründə 2 saat müddətində yekunlaşdıraq”.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin (2019-cu il üzrə)" müzakirəsi zamanı MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, virus daha çox qapalı məkanlarda yayılır: “Buna görə də çıxışlar 5 dəqiqəyə, iclaslar isə 2 saata yekunlaşmalıdır. Bu alınmasa, 2 saatdan sonra fasilə verilməli, qapı-pəncərələr açılıb, hava dəyişdirilməlidir”.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR