Gənclər və idman naziri Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana olan əsas iradlarını açıqlayıb

Gənclər və idman naziri Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana olan əsas iradlarını açıqlayıb
# 08 iyun 2012 12:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycana bildirilən iki irad varsa, bunların biri Azərbaycanın kompleks idman yarışlarının keçirilməsində təcrübəsinin olmaması, digər isə Azərbaycanda beynəlxalq olimpiya standartlarına uyğun obyektlərin azlığıdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov verib. O deyib ki, hazırda Azərbaycan ölkədə Olimpiada keçirilməsinə maneə yarada biləcək problemləri müzakirə edir: “Bu təhlili apararkən belə qərara gəlmişik ki, Azərbaycanda daha çox kompleks idman oyunlarının keçirilməsinə nail olaq. Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti ilə də bu barədə müzakirələrimiz olub”.

A. Rəhimov yaxın illərdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq idman yarışları haqqında da məlumat verib: “2015-ci ildə biz ilk dəfə olaraq Avropanın olimpiya idman oyunlarının Azərbaycanda keçirilməsini planlaşdırırıq. 2016-cı ildə Azərbaycanda dünya şahmat olimpiadası keçiriləcək. 2017-ci ildə İslam ölkələrinin olimpiya oyunlarının keçirilməsi də nəzərdə tutulub. Bunlardan sonra isə 2020-ci ildə futbol üzrə Avropa çempionatını Azərbaycanda keçirə bilərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR