Bakı-APA. ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 9 faiz qabaqlayır.
APA-nın xəbərinə görə, “USA Today” qəzetinin keçirdiyi son sorğuya əsasən, Klinton seçicilərin səsinin 47 faizini, Tramp isə 38 faizini toplaya bilər.
Sorğuda 1000 respondentin iştirak etdiyi bildirilir.
Bununla belə, Reuters agentliyinin Respublikaçılar partiyasının nümayəndələri arasında keçirdiyi sorğuda rəyi soruşulanların 41%-i Klintonun, 40-i isə Trampın qələbəsini proqnozlaşdırıb.
Xatırladaq ki, noyabrın 8-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.