Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə, xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.