Daşkənddə yaşayış evi uçub, ölən və yaralananlar var

Daşkənddə yaşayış evi uçub, ölən və yaralananlar var
# 26 oktyabr 2016 21:31 (UTC +04:00)

Bakı-APA. Özbəkistanın paytaxtı Daşkənddə tikilməkdə olan fərdi yaşayış evi uçub.

APA-nın “Sputnik-Özbəkistan” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2-si xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım briqadaları cəlb olunub.

İlkin versiyaya əsasən, ev tikinti qaydalarının kobud pozulması səbəbindən uçub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR