Moskva. Fərid Əkbərov - APA. Moskva Dəməşqdəki Rusiya səfirliyinin atəşə tutulması ilə ABŞ-ın hədələri arasında əlaqə görür.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. “Biz bu terror aktı ilə Vaşinqton tərəfindən bizim ünvanımıza səslənən hədələr arasında əlaqə görürük. Bunun terrorçulara zenit-raket kompleksləri və digər növ müasir döyüş texnikasının verilməsinin mümkünlüyü barədə müzakirələrin fonunda baş verməsi maraqlıdır, - deyə o, söyləyib.
M. Zaxarova bu gün Rusiya və Fransa xarici işlər nazirləri arasında görüş keçiriləcəyini açıqlayıb. Görüşdə Suriya məsələsi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.