ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının görüşü dekabrın 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Görüşdə Dağlıq Qarabağ, Dnestryanı, Ukrayna və Gürcüstandakı münaqişələrin həlli istiqamətində ATƏT-in fəaliyyəti, o cümlədən terrorizm və silahlanmaya qarşı mübarizə, ATƏT-in fəaliyyətinin güclənməsi kimi məsələlər müzakirə ediləcək.