«Rəy» Monitorinq Mərkəzi: İlk Avropa Oyunlarının açılış mərasimi yarışlara marağı kəskin şəkildə artırıb

«Rəy» Monitorinq Mərkəzi: İlk Avropa Oyunlarının açılış mərasimi yarışlara marağı kəskin şəkildə artırıb
# 22 iyun 2015 15:06 (UTC +04:00)

APA-nın məlumatına görə, iyunun 13-dən 15-dək keçirilən sorğuda “Azərbaycan əhalisi ilk Avropa oyunlarının təşkilini necə qiymətləndirir”, “Ümumiyyətlə, onlar açılış mərasimini izləyiblərmi və əgər izləyiblərsə bu, onlarda hansı təəssüratlar oyadıb” sualları qoyulub.

Sorğuya yaşı 18 və yuxarı olan 1500 respondent cəlb edilib. Nisbi xəta 2,7% təşkil edir.


«Rəy» Monitorinq Mərkəzinin 2015-ci il iyunun 13-dən 15-dək keçirdiyi ümummilli ictimai rəy sorğusu məhz bu suallara həsr olunub. Sorğuya yaşı 18 və yuxarı olan 1500 respondent cəlb edilib. Nisbi xəta 2,7% təşkil edir.

Nəticələr göstərir ki, Azərbaycanda I Avropa oyunlarının açılış mərasimi böyük maraqla qarşılanıb. Əgər 2014-cü il iyunun 14-16-da keçirilmiş sorğu zamanı ölkə əhalisinin yalnız yarısı bu yarışı izləmək niyyətində olduğunu deyirdisə, açılışdan sonra rəyi soruşulanların 82%-i mərasimi izlədiklərini qeyd edib.

Açılış mərasiminə baxanların 93%-i şounu televiziya vasitəsilə, 1%-ə qədəri stadiondan, 6%-ə qədəri isə internet vasitəsilə izlədiyini bildirib.

Ölkə əhalisinin 77%- i açılış mərasiminin onlarda qürur hissi doğurduğunu, 13%-i belə səviyyəli yarışlardan həzz aldıqlarını qeyd ediblər. Cəmi 4%-ə qədər respondent onlar üçün heç bir fərqin olmadığını və buna əhəmiyyət vermədiklərini, heç bir hiss keçirmədiklərini bildirib. Rəyi soruşulanların yalnız 2%-i bu cür yarışların keçirilməsindən narazılıq bildirib.

Ölkə əhalisinin 80%-ə qədəri oyunları izləyəcəklərini, 12%-i idmanla maraqlanmadığını və 8%-i isə hələlik bir qərara gəlmədiklərini bildiriblər.

I Avropa oyunlarını izləmək istəyənlərin 91%-i televiziyadan, qalanı isə stadionlardan izləyəcəyini bildiriblər.

Məlum olduğu kimi, belə genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ucuz başa gəlmir. Ölkə əhalisinin 75%-i hesab edir ki, I Avropa oyunlarının ölkəmizdə keçirilməsi sadəcə mədəni hadisə deyil, həm də dünyanı Azərbaycanla tanış etmək imkanıdır. Bu səbəbdən də, rəyi soruşulanların əksəriyyəti müsabiqənin təşkilinə çəkiləcək xərclərin özünü doğrultduğu qənaətindədirlər. Cəmi 9% respondent bu fikri bölüşmür, çünki bunu bədxərclik hesab edir. 16% respondent isə bu sualı cavablandırmaqda çətinlik çəkib.

Rəyi soruşuların 79%-i hesab edir ki, oyunların keçirilməsi üçün infrastrukturun yaradılması idmanla məşğul olmaq imkanlarımızı artırmaqla yanaşı, həm də gələcəyə sərmayələrin qoyulması deməkdir, 5%-i isə bu rəyi bölüşmədiyini qeyd edib. 16% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

“Dünyada baş verənlər göstərir ki, biz informasiya müharibələri şəraitində yaşayırıq. Bu dövrdə istənilən fakt siyasi çalar alır, onun ətrafında şayiələr dolaşmağa başlayır. Avropa oyunlarının Azərbaycanda keçirilməsi də istisna deyil. Bu tədbirin ətrafında əsl informasiya savaşı gedir. Sizcə Azərbaycan bu döyüşləri udur yoxsa uduzur?” sualına ölkə əhalisinin 67%-i hakimiyyətin bu savaşı udduğunu, cəmi 6%-i isə uduzduğunu qeyd edib. 27% respondent cavab verməkdə çətinlik çəkib.

Məlum olub ki, ölkə əhalisinin 83%-i 2017-ci il İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi ideyasına müsbət və yalnız 9%-i mənfi münasibət bəsləyir. 8% respondent cavab verməkdə çətinlik çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR