Avropa Oyunlarının məşəli Bərdəyə gətirilib - VİDEO

Avropa Oyunlarının məşəli Bərdəyə gətirilib - <span style="color: red;">VİDEO
# 13 may 2015 16:53 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Avropa Oyunları rəmzi qapısında məşəli rayonun fəal gənclərindən olan Səxavət İsmayılov qəbul edib.

Heydər Əliyev prospekti boyunca 3052 metr məsafədə hərəkət edən estafet şəhərin mərkəzi meydanına gətirilib. Sonuncu məşəlçi Fuad Ağayev səhnəyə qalxaraq məşəli alovlandırıb.

Birinci Avropa Oyunlarının rəmzi çırağı da yandırılaraq bərdəlilərə təqdim olunub. Qaydaya görə, qarşılanma mərasimi və Alov festivalı keçirilən rayonlara təqdim edilən rəmzi çıraqlar Avropa Oyunları başa çatanadək söndürülə bilməz. Həmin çıraqdan götürülən odla növbəti rayonlara aparılan məşəllər yandırılır.

Bərdədə qarşılanma mərasimindən sonra Alov festivalı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR