Azərbaycan Avropa Oyunları ilə bağlı bütün sәnәdlәri, tәlimatları növbəti ev sahibinə pulsuz tәqdim edəcək

Azərbaycan Avropa Oyunları ilə bağlı bütün sәnәdlәri, tәlimatları növbəti ev sahibinə pulsuz tәqdim edəcək
# 26 iyun 2015 09:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

"Konkret ad isə çəkilməyib. Bu məsələni cənab Hikki ilə müzakirə etməmişəm. Düşünürəm ki, məsələ yaxın vaxtlarda konkretləşəcək. Lakin bu ölkənin qərbi və ya şərqi Avropada olması prioritet deyil. Әsas odur, yeni şəhər olsun, idmanı təşviq etsin".

Nazir oyunlarla bağlı bütün sәnәdlәrin, tәlimatların növbəti ev sahibi olacaq ölkәyә pulsuz tәqdim olunması barədə Avropa Olimpiya Komitəsi ilə razılığa gәlindiyini bildirib: "Biz bütün materialları xüsusi şəkildə toplayırıq ki, sonradan digər ölkələrə təhvil verək, onlar yenidən bunları hazırlamasınlar. Oyunlar zamanı bizim tәşkilati baxımdan da yeni təşəbbüslərimiz olub. Böyük məmnuniyyətlə biz bunları digər şəhərlərə təqdim edəcəyik. Biz Avropa Olimpiya Komitəsinə də dəstək göstərəcəyik, onun fəaliyyətinə inanırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR