Azərbaycan dövlət başçısı Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidentini və baş katibini qəbul edib - VİDEO

Azərbaycan dövlət başçısı Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidentini və baş katibini qəbul edib - <span style="color: red;">VİDEO
# 07 avqust 2015 09:36 (UTC +04:00)

APA-nın məlumatına görə, Oleqario Vaskes Ranya birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını xatırlayaraq həmin oyunların yüksək səviyyədə təşkilinin və ümumilikdə ölkəmizdə gedən inkişaf proseslərinin, insanların göstərdiyi dost münasibətlərinin onda dərin təəssürat yaratdığını deyib.

Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti dünyanın 90 ölkəsindən 1000-dən çox idmançının iştirak etdiyi atıcılıq üzrə Dünya Kuboku yarışlarının da Qəbələdə ən müasir standartlar səviyyəsində təşkil olunduğunu və bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğulayıb.

Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün təkcə Azərbaycanın paytaxtında deyil, regionlarda da müasir infrastrukturun yaradıldığını vurğulayıb, bu baxımdan atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının Qəbələ şəhərində keçirilməsinin önəmini qeyd edib.

Görüşdə Beynəlxalq İdman Atıcılıq Federasiyası ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR