Azərbaycanın 5 boksçusu 1/8 final mərhələsində mübarizə aparacaq

Azərbaycanın 5 boksçusu 1/8 final mərhələsində mübarizə aparacaq
# 19 iyun 2015 07:03 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bu gün 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçiriləcək. Azərbaycan yığmasının 5 boksçusu bu gün rinqə çıxacaq.

Kişilər arasında 56 kq çəki dərəcəsində Azərbaycan yığmasının üzvü Tayfur Əliyevin rəqibi bundan öncəki mərhələdə ispaniyalı Dieqo Pereyra Ferreri məğlub edən (3:0) rumıniyalı Nikolae Andreiana olacaq.

81 kq çəki dərəcəsində Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov 1/8 finalda polşalı Yordan Kulinski ilə üz-üzə gələcək.

+91 kq çəki dərəcəsində ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhməmədrəsul Məcidov Gürcüstan təmsilçisi Mixail Baxtidzenlə döyüşəcək.

Qadınlar arasında 51 kq çəki dərəcəsində Anaxanım Ağayevanın rəqibi Sandra Drabikdir (Polşa).

75 kq çəki dərəcəsində Azərbaycanı bu çəkidə təmsil edən Leyla Cavadova 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR