Azərbaycanlı taekvondoçu finala vəsiqə qazanıb - VİDEO

Azərbaycanlı taekvondoçu finala vəsiqə qazanıb - <span style="color: red;">VİDEO
# 17 iyun 2015 14:49 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.

Kişilər arasında 68 kq çəkidə Azərbaycan təmsilçisi Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarı 11:3 hesabı ilə məğlub edən idmançı 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.

O, finala gedən yolda Aleksey Denisenko ilə döyüşüb və rəqibini məğlub edib - 7:5.

Qarşılaşmanı Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva izləyiblər.

Qadınlar arasında 57 kq çəkidə yarışan Azərbaycan təmsilçisi Günay Ağakişiyeva isə ilk oyunda serbiyalı Draqana Qladoviçə 8:4 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR