Kişilər 1 metrlik tramplində, qadınlar isə platformada çıxış edir. Əvvəl təsnifat mərhələsi baş tutacaq yarış finalla yekunlaşacaq. Tramplində çıxış edən 30 idmançı arasında Azərbaycan suyatullananı da qüvvəsini sınayıb. Artyom Danilov təsnifat mərhələsində 10 cəhddə 427,70 xal toplayıb. İdmançımız bu nəticə ilə 11-ci yeri tutub. Bununla da təmsilçimiz final mərhələsinə yüksəlib. Belə ki. mükafatlar uğrunda mübarizəni ilk 12 pilləni tutan idmançılar bu gün final mərhələsində qüvvəsini sınayır.
Həlledici mərhələnin 5 cəhdində 455,15 xal əldə edən Danilov 8-ci yeri tutub. Qalib adına isə 543,80 xal toplayan rusiyalı Nikita Şleyxer yiyələnib. Onun həmyerlisi İlya Molçanov 512,20 xalla 2-ci, böyük britaniyalı Ceyms Hitli 483,40 xalla 3-cü olub.
Qadınların yarışında 24 idmançı mübarizəyə başlayıb. Azərbaycanın yeganə təmsilçisi Olqa Bıkovskaya 8 cəhddə 323,30 xal toplayaraq, 11-ci olub. Bununla da o, final mərhələsində iştirak etmək hüququ qazanıb. 12 idmançının qatıldığı həlledici mərhələ saat 20:30-da start götürəcək.