Bakı – 2015: Azərbaycan yığmasının üzvü gümüş medalla kifayətlənib - VİDEO - FOTOSESSİYA

Bakı – 2015: Azərbaycan yığmasının üzvü gümüş medalla kifayətlənib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 22 iyun 2015 16:20 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, N. Xəlilova (52 kq) finalda Anna Xaritonova (Rusiya) üz-üzə gəlib.

Təəssüf ki, samboçumuz uğurlu seriyasını davam etdirə bilməyib. A. Xaritonovaya 0:5 hesabı ilə məğlub olan N. Xəlilova gümüş medalla kifayətlənib.

Qeyd edək ki, ilk görüşü 1/4 finala təsadüf edən idmançımız Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gəlib. Görüş Xəlilova üçün elə də çətin alınmayıb və o, debüt qarşılaşmasını 4:1 hesabı ilə aktivinə yazıb. N. Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayıb. Bu görüşdə də üstün olan (8:0) həmyerlimiz finalda iştirak hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR