Dövlət başçısı Abdulqadir Abdullayevə qızıl medalı təqdim edib - VİDEO - FOTOSESSİYA

Dövlət başçısı Abdulqadir Abdullayevə qızıl medalı təqdim edib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 27 iyun 2015 17:36 (UTC +04:00)

Bakı-APA. I Avropa Oyunlarında boks millimizə daha bir qızıl medalı Abdulqadir Abdullayev qazandırıb. Apasport.az saytının məlumatına görə, 91 kq çəki dərəcəsində döyüşən təmsilçimiz fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

Finaldakı rəqibi Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyan sağlamlığındakı problemlə əlaqədar, döyüşdən imtina etdiyi üçün Abdullayev sonuncu görüşünü keçirmədən, çempion adını qazanıb.

Bu boksçumuza da qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR