Fəvvarələr meydanında “Dostlarla Oyunlara” şüarı ilə növbəti aksiya keçirilib - FOTOSESSİYA

Fəvvarələr meydanında “Dostlarla Oyunlara” şüarı ilə növbəti aksiya keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 iyun 2015 06:58 (UTC +04:00)

Bakı-APA. Birinci Avropa Oyunları ərəfəsində Bakının mərkəzində-Fəvvarələr meydanında “Dostlarla Oyunlara” şüarı altında növbəti maraqlı aksiya keçirilib.

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, gənc idmançılar şəhər sakinləri arasında yarış təşkil ediblər. Basketbolçular və boksçular maraq göstərən hər kəsə bu idman növündə öz güclərini sınamaq imkanı yaradıblar. Aksiya hər kəsin böyük marağına səbəb olub. Yüzlərlə şəxs aksiyaya qoşulub, idmançılarla birgə Avropa Oyunlarına öz dəstəyini göstərərək yarışıb.

Şəhər sakinləri və paytaxtın qonaqlarının iştirakı ilə keçirilən yarışın qalibləri “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsindəki basketbol və boks üzrə yarışlara biletlər qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR