Güləşçimiz Elvin Mürsəliyev I Avropa Oyunlarının qalibi olub - FOTOSESSİYA - VİDEO

Güləşçimiz Elvin Mürsəliyev I Avropa Oyunlarının qalibi olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 iyun 2015 17:27 (UTC +04:00)

Bakı-APA. Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Elvin Mürsəliyev (75 kq) Bakı-2015 I Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.

Apasport.az saytının məlumatına görə, yığmamızın aparıcı üzvlərindən Elvin Mürsəliyev yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib - 8:0. Bu mərhələdə İonel Puskasu (Rumıniya) ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib - 2:2. Mürsəliyev 1/4 finalda daha güclü - rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin xeyrinə başa çatıb - 4:2.

Pəhləvanımız yarımfinalda cətinliklə üzləşib. Lakin o, Gürcüstan təmsilçisi Zurab Datunaşvili ilə görüşdə 1:2 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq sayəsində qalib gəlib - 3:2. Elvin finalda serbiyalı Viktor Nemeslə qarşılaşıb. Görüş Mürsəliyev üçün elə çətin keçməyib. Güləşçimiz 5:1 hesabı ilə qalib gələrək yığmamıza 6-cı qızıl medalı qazandırıb. Bu isə ümumilikdə 12-ci mükafatımız olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR