Mariya Stadnikə qızıl medalı Mehriban Əliyeva təqdim edib - VİDEO - FOTOSESSİYA

Mariya Stadnikə qızıl medalı Mehriban Əliyeva təqdim edib  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 15 iyun 2015 17:14 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Mariya Stadnik 48 kq çəki dərəcəsində rəqib tanımayıb.

Güləşçimizin finalda bolqarıstanlı Elitsa Yankova üzərində parlaq qələbəsini Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da canlı izləyib. Stadniki məhz Azərbaycanın birinci xanımı mükafatlandırıb.

Belə ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxan dünya və Avropa çempionuna qızıl medalı Mehriban Əliyeva təqdim edib.

Bunun ardından himn sədaları altında dövlət bayrağımız dalğalanıb.

Qeyd edək ki, bununla Azərbaycan millisinin Bakı-2015-də qızıl medal sayı 7-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR