Rusiya Olimpiya Komitəsi Bakıda Azarkeşlər Evini açacaq

Rusiya Olimpiya Komitəsi Bakıda Azarkeşlər Evini açacaq
# 29 may 2015 12:03 (UTC +04:00)

Rusiyanın “Rossotrudniçestvo” informasiya-mədəniyyət mərkəzindən APA-ya verilən məlumata görə, unikal interaktiv ekspozisiya I Avropa Oyunlarında yer alan idman növlərinə, habelə Rusiya və Azərbaycan idmançılarına həsr olunacaq.

Azarkeşlər Evini Rusiya Olimpiya Komitəsi açacaq.

I Avropa Oyunlarını ilin ən önəmli idman yarışı adlandıran Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bildirib ki, Rusiya bu yarışda ən güclü idmançılarla təmsil olunacaq.

“Biz azarkeşlərin dəstəyinin idmançılarımız üçün əhəmiyyətini anlayırıq. Bu üzdən Bakıda Azarkeşlər Evinin açılması qərara alındı”, - deyə o vurğulayıb.

Qeyd edək ki, iyunun 12-dən 28-dək fəaliyyət göstərəcək Azarkeşlər Evi Bakıda Xocalı prospekti, 20 ünvanında yerləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR