Rusiya saytında Birinci Avropa Oyunlarına həsr olunmuş material dərc edilib

Rusiya saytında Birinci Avropa Oyunlarına həsr olunmuş material dərc edilib
# 12 iyun 2015 13:20 (UTC +04:00)

Bakı - APA. Rusiyanın çoxdilli “rtbh.com” saytı Birinci Avropa Oyunlarına həsr olunmuş material dərc edib.

APA-nın məlumatına görə, məqalədə qeyd olunub ki, bu oyunlar Avropa üçün böyük əhəmiyyətə malikdir və qitədə ilk dəfə keçirilir.

Yazının müəllifi Moskvanın bu tədbirə ciddi yanaşdığını önə çəkib: "12 iyun Rusiyanın milli bayramı olsa da, prezident Vladimir Putinin açılış mərasimində iştirak etmək üçün Bakıya getməsi buna əyani sübutdur. Rusiya Olimpiya Komitəsinin rəhbəri Aleksandr Jukov komandanın vətənə çoxlu sayda medalla qayıdacağına ümid edir. Digər iştirakçı ölkələr kimi Rusiya da Bakı-2015-ə ən güclü idmançılarını göndərib. Lakin tamaşaçıların əsas diqqəti çimərlik futbolunda olacaq. Artıq Rusiya 2 dəfə bu idman növündə dünya çempionu olub".


Beynəlxalq Olimpiya Komitəsinin üzvü Vitali Smirnov isə sayta müsahibəsində bildirib ki, Birinci Avropa Oyunları öz uğuruna görə digər beynəlxalq tədbirlərdən geri qalmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR