San-Marinoda Bakı-2015 Avropa oyunları ilə bağlı təqdimat keçirilib - FOTO

San-Marinoda Bakı-2015 Avropa oyunları ilə bağlı təqdimat keçirilib - <span style="color: red;">FOTO
# 18 may 2013 14:57 (UTC +04:00)

Bakı-APA. San-Marino şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Forumu keçirilib.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Avropa Olimpiya Komitəsinə üzv olan Milli Olimpiya komitələrinin nümayəndə heyətləri iştirak ediblər. Üç gün davam edən seminar və forumda Azərbaycanı Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva təmsil edib.

K. Nurullayeva seminarda Bakı-2015 layihəsi haqda geniş məlumat verib, və Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda böyük potensialın olduğunu vurğulayıb: “Avropa Oyunlarına iki il vaxt qaldığından biz hazırda bütün gücümüzlə idman və qeyri-idman obyektlərini tam hazır etməyə çalışırıq. Bakı 2015 idman tarixində bir zəfər olacaq və biz bir neçə idman növü üzrə belə bir mötəbər yarışın şəhərimizdə keçiriləcəyindən dolayı çox məmnunuq”.

Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış AOK-nin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos tədbirdə təmsil olunan Milli Olimpiya Komitələri qarşısında ötən ayın sonunda Komissiyanın Bakıda keçirilmiş görüşü ilə bağlı hesabat verib. Hesabatda Əlaqələndirmə Komissiyasının görüşünün yüksək səviyyədə təşkil edilməsi, iclaslarda Azərbaycanın birinci xanımı, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı və nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilmiş görüşlər barəsində ətraflı məruzə edilib.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR