Xetaq Qazyumov: “Azarkeşlər məni çempion olmağa vadar edirdi”

Xetaq Qazyumov: “Azarkeşlər məni çempion olmağa vadar edirdi”
# 17 iyun 2015 20:52 (UTC +04:00)

Bakı-APA. “Məhz Azərbaycanda keçirilən I Avropa Oyunlarında çempion olduğuma görə çox şadam. Azərbaycan prezidenti də zalda idi. Bu cür azarkeşlərin qarşısında çempion oldum. Azərbaycan bayrağını qaldırdım. Bu, mənim üçün çox xoşdu”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın sərbəst güləş yığmasının üzvü Xetaq Qazyumov deyib.

I Avropa Oyunlarında 97 kq çəki dərəcəsində mübarizə aparan Qazyumov qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Elizbar Odikadze üzərində qələbə qazanıb.

İdmançımız bildirib ki, gürcüstanlı güləşçi ilə görüş onun üçün adi xarakter daşıyıb: “Bu görüşə revanş kimi baxmırdım. Növbəti görüşlərimizdən biri idi. Sadəcə, məhz bu gün mən onu məğlub etdim”.

Qazyumov qeyd edib ki, belə bir publikanın önündə məğlub olmağı ağlından keçirməyib: “Azarkeşlər məni çempion olmağa vadar edirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR