Mayın 10-da Madriddə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında məsləhətləşmələr keçiriləcək

Mayın 10-da Madriddə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında məsləhətləşmələr keçiriləcək
# 07 may 2007 10:42 (UTC +04:00)
Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib. O, məsləhətləşmələrin bir gün davam edəcəyini deyib. Bernar Fasienin ofisindən isə APA-ya bildiriblər ki, məsləhətləşmələr zamanı diplomatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, prosesdə nəzərə çarpan irəliləyişlər, iyunun 10-da Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkili ətrafında müzakirələr aparacaqlar. Ofisdən prezidentlər arasında görüşün tarixi dəyişdirilmədiyini və bu görüşün iyunun 10-da keçirilməsinin planlaşdırıldığını deyiblər. Həmsədrlər həmçinin ATƏT sədri Miqel Anhel Moratinosun Ermənistan və Azərbaycana səfəri ilə bağlı da fikir mübadiləsi aparacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR