Qənirə Paşayevanın hazırladığı “Şuşanın işğalının 15 illiyi” adlı sənəd Avropa Şurası Nazirlər Komitəsində müzakirə olunub

Qənirə Paşayevanın hazırladığı “Şuşanın işğalının 15 illiyi” adlı sənəd Avropa Şurası Nazirlər Komitəsində müzakirə olunub
# 16 may 2007 16:50 (UTC +04:00)
Bu gün Avropa Şurası Nazirlər Komitəsinin iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın komitəyə ünvanladığı “Şuşanın işğalının 15 illiyi” adlı sənəd müzakirə olunub. Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, sənədlə bağlı daimi nümayəndəliyin rəhbəri Arif Məmmədov məlumat verib. Şuşa əhalisinin 90 faizinin azərbaycanlı olduğu, Şuşanın işğalı zamanı 480-ə yaxın mülki vətəndaşın öldürüldüyü, 600 nəfərin yaralandığı, 22 minə yaxın Şuşa sakininin hazırda məcburi köçkün vəziyyətində yaşadığı bildirilib. Daimi nümayəndəlik tərəfindən hazırlanan sənəddə isə qeyd olunub ki, Şuşada 249-a yaxın tarixi abidə və digər mədəni abidələr ermənilər tərəfindən dağıdılıb. A. Məmmədovun faktlara əsaslanan tutarlı çıxışına cavab olaraq Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi çıxış etməkdən imtina edərək, rəsmi mövqelərini yazılı şəkildə Nazirlər Komitəsinin diqqətinə çatdıracaqlarını bildirib. İclasa sədrlik edən Serbiyanın Avropa Şurasındakı daimi nümayəndəsi Katibliyə göstəriş verib ki, müvafiq cavab layihəsi hazırlansın. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR