Sergey Lavrov: “Kosovo variantı digər münaqişələrin həllində tətbiq oluna bilməz”

Sergey Lavrov: “Kosovo variantı digər münaqişələrin həllində tətbiq oluna bilməz”
# 22 may 2007 10:20 (UTC +04:00)
“Çeçenistan Respublikasındakı situasiya fərqlidir. Qarabağ məsələsini bununla eyniləşdirmək düzgün deyil”. APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlar həyata keçirməsinin Rusiyanın Çeçenistanda hərbi əməliyyatlar aparması vəziyyəti ilə eyniləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib. S. Lavrov, həmçinin Kosovo variantının digər münaqişələrin həllində tətbiqini qəbulolunmaz hesab edir: “Biz istəmirik ki, tanınmamış respublikaların birtərəfli elan olunması dalğası başlasın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR